Bəşər Əsəd ordusu Suriyanın Hələb şəhərininə müxalifətin nəzarətində olan Amriyyə qəsəbəsinə raket zərbələri endirib.
Teleqraf.com xarici mətbuta istinadən xəbər verir ki, "fil" adı verilən raketlərin şəhərə endirilməsindən sonra azı 5 mülki şəxs ölüb, onlarla dinc sakin yaralanıb.
Əsəd gücləri mülki şəxslərə qarşı ağır silahlardan istifadə etməkdə davam edir. Suriya İnsan Haqları Təşkilatı dünya dövlətlərini Əsədə qarşı təzyiq göstərməyə çağırıb.
Ayxan