3 İyun 2016 15:28
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti beynəlxalq terrorçuluğun vəziyyəti ilə bağlı illik hesabatını yayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hesabata görə, İran İslam Respublikası 2015-ci ildə dünyada beynəlxalq terrorçuluğun ən böyük himayədarları sırasında 1-ci yerdə möhkəmlənib: “İran, həmin ildə Livan “Hizbullah”ı kimi radikal qruplaşmalara maddi və hərbi təlimlər verdiyinə, onları silah-sursatla təmin etdiyinə görə dünyada beynəlxalq terrorçuluğun ən böyük himayədarı sayılır.

İranın xarici siyasətdə öz hədəflərinə nail olmaq məqsədilə SEPAH-ın “Qüds” qanadının qüvvələrindən yararlanması, bütün Orta Şərqdə sabitliyin pozulmasına gətirib çıxarıb. İranın Bəşər Əsəd hökumətinə dəstək verməsi, Livan “Hizbullah”ına və Bəhreyndəki müxaliflərə silah göndərməsi, İsrailə zidd “Həmas” kimi qruplaşmalara və Yəmən “husi”lərinə hər tərəfli yardım etməsi, onun terrorizmə dəstək verən dövlətlərin siyahısının başında yer almasının əsas səbəblərindən biridir”.

Samir


Müəllif:

Oxşar xəbərlər