4 İyun 2016 10:04
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Vaşinqtondakı səfirliyi ABŞ hökumətinə etiraz notası göndərib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, buna səbəb ABŞ-ın Çikaqo ştatının aeroportunda Rusiya vətəndaşı Olqa Pimanovanın saxlanılması olub.

Bununla bağlı Rusiyanın ABŞ-dakı səfirliyinin mətbuat katibi Yuri Melinka məlumat verib. Onun sözlərinə görə, ABŞ polisi heç bir səbəb göstərilmədən Olqanı zorla polis bölməsinə aparıb. Melinka gənc xanımla görüşdüyünü və vəziyyətinin yaxşı olduğunu deyib: "Olqa bildirdi ki, onu zorla polis bölməsinə gətirib və cinayətkarlarla eyni kameraya salıblar. Onunla çox sərt davranıblar. Hadisədən 1 gün keçməsinə baxmayaraq, Olqa Pimanovaya qarşı heç bir ittiham irəli sürülməyib."

Səfirliyin əməkdaşı əlavə edib ki, Olqa ABŞ-a qanuni yolla gedib və burada heç bir cinayət törətməyib: "O, ABŞ universitetlərindən birinin tələbəsidir".

Samir


Müəllif:

Oxşar xəbərlər