6 İyun 2016 15:44
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda 40 gün müddətinə fövqəladə vəziyyət elan edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə yeni yaradılan terrorizmlə mübarizə üçün operativ qərargah məlumat yayıb:

"Hazırki vəziyyəti nəzərə alaraq, ölkədə terror təhlükəsinin "sarı" səviyyəsi müəyyən olunub".

Qeyd edək ki, gecə saatlarında Qazaxıstanın Aktobe şəhərində naməlum şəxslər silah mağazasına və hərbi hissəyə hücum ediblər. Hadisə zamanı 2 hərbçi və 4 cinayətkar həyatını itirib, 10 əsgər yaralanıb. İnsidentdən dərhal sonra başlanan əməliyyat zamanı 12 terrorçu zərərsizləşdirilib.

Samir


Müəllif:

Oxşar xəbərlər