2 Noyabr 2020 15:46
3 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kommersant” qəzeti hazırda qeyri-qanuni şəkildə Qarabağ münaqişəsi zonasında olan bir erməni döyüşçü ilə bağlı diqqətçəkən məqalə yayımlayıb.

Teleqraf.com xəbər verir ki, başqa bir ölkənin ərazisində əlində silahla qanunsuz hərəkətlər edən Vaqan Rusiya vətəndaşıdır. Lakin bu həqiqət nəşrin əməkdaşının onunla mülayim söhbət etməsinə, yalanlar yaymasına və "Kommersant" auditoriyasını aldatmasına mane olmayıb.

Hələ birinci Qarabağ müharibəsi dövründə qanunsuz dəstələrin tərkibində olan Vaqan, Rusiyadakı biznesini və ailəsini tərk edərək yenidən qan ehtirasını təmin etmək üçün Qarabağa gəlib.

Sözügedən "könüllülər"in həmin müharibə zamanı nə etdikləri hamıya məlumdur. Onların əllərində günahsız insanların qanı var. Yeri gəlmişkən, ilk Qarabağ müharibəsindəki "cinayətləri" haqqında danışan yaraqlı jurnalistdən diktofonu söndürməsini istəyir. Bu, tamamilə məntiqlidir - niyə insanlığa qarşı cinayətlərin etirafı sənədləşdirilsin?!
Vaqanın jurnalistə açıqlamasından göründüyü kimi, o, eyni əməlləri Qarabağda davam etdirir. Düzdür, orada dinc Azərbaycan əhalisi yoxdur, amma quldurun “Türk xüsusi təyinatlıları” adlandırdığı Azərbaycan əsgərləri var. Ən maraqlısı budur ki, Vaqan tamamilə cəzasız qalacağına əmindir. Prinsipcə, o, əminliyində tamamilə haqlıdır, çünki 90-cı illərin əvvəllərində Azərbaycan ərazisində cinayətlər törətmiş yüzlərlə Rusiya vətəndaşı olan ermənilər cəzasız qaldı.

- Vaqan, müharibədən sonra Rusiyaya qayıtmağa hazırlaşırsansa, hər hansı bir problemin yaranacağından qorxmursan? Bizim, məsələn,"muzdlu" cinayət maddəsi var.

O deyib ki, muzdlu döyüşçü müharibəyə qatıldığına görə pul qazanır: "Mən isə pul qazanmıram - əksinə, öz pulumu xərcləyirəm. Heç bir şəkildə bu maddənin əhatə dairəsinə düşmürəm".

Və burada erməni silahlı ciddi şəkildə yanılır. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 208-ci maddəsində Rusiya vətəndaşlarının başqa bir ölkənin ərazisindəki qanunsuz silahlı birləşmələrdə iştirakına dair bir bənd var. Məddənin bu bəndi belə səslənir:

"Federal qanunda nəzərdə tutulmayan silahlı birləşmədə iştirak, habelə bu dövlətin qanunvericiliyində nəzərdə tutulmayan xarici dövlətin ərazisindəki silahlı birləşmədə iştirak, Rusiya Federasiyasının qanunvericiliyində nəzərdə tutulmayıb və bu, Rusiyanın maraqlarına zidddir. Bu əməli törədənlər 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır".

Azərbaycan ərazilərində cinayətlər törədən Vaqan və digər erməni milliyyətindən olan Rusiya vətəndaşları Qarabağa ideoloji səbəblərdən və ya tamamilə pulsuz gəlsələr belə, mühakimə olunmalıdırlar.

Xatırladaq ki, Rusiyada İŞİD tərəfindən Orta Şərqə döyüşə göndərilən vətəndaşlara qarşı xeyli sayda cinayət işi açılmışdır. Erməni yaraqlılarının "İŞİD" terrorçularından heç bir fərqi yoxdur; Ermənistan tərəfi Qarabğada bütün region üçün təhlükə yaradan eyni terrorçu müharibəni aparır.

Və burada Rusiya tərəfinin erməni millətindən olan vətəndaşlarının Azərbaycana qarşı etdiklərini Rusiyanın milli maraqlarına uyğun hesab edib-etməyəcəyi barədə sual yaranır. Mənə nələrsə deyir ki, yox. Bu, 90-cı illər deyil, bu gün tamamilə fərqli bir geopolitik vəziyyət yaranıb. Azərbaycanla Rusiya arasında tamamilə fərqli münasibətlər var və Ermənistan artıq silinib. Buna görə çox güman ki,Vaqan bu müharibədən sonra asanlıqla aqrobiznesinə qayıda bilməyəcək. Əgər ona qayıtmaq qismət olsa...

Bu gün Qarabağdakı qanunsuz silahlı birləşmələrin tərkibində döyüşən erməni muzdlular yalnız Rusiyadan gəlmir. Orta Şərqdən yüzlərlə yaraqlı gəldi, qan tökmək uğrunda okeanın o tayından uçanlar da, Fransa erməniləri də var. Bir gün əvvəl France24 kanalı Qarabağda döyüşən fransız muzdlu ermənilər haqqında bir xəbər yayımladı. Videoda Sipan Muradyan və Sipan Koroqlyan "əməlləri" haqqında danışırlar. Məsələn, Muradyan, Val-de-Marne departamentindəki Alfortville şəhərindəndir. Rus Vaqandan fərqli olaraq o, gizlənmir. Hazırda bu muzdlu Fransa, ABŞ və Fələstindən olan 15 "həmkar"ı ilə birlikdə Laçın dəhlizi zonasındadır. Muradyan döyüşmədiklərini, ancaq hərbi əməliyyatlarda Ermənistan silahlı qüvvələrinə kömək etmək üçün əllərindən gələni etdiklərini söyləyir.

Fransa televiziyalarında fransız döyüşçülər müharibədəki "qəhrəmanlıq" əməllərindən danışırlar. Və ağlabatan bir sual ortaya çıxır - əslində Fransa vətəndaşları Azərbaycan ərazisindəki hərbi əməliyyatlar zonasında nə edir?

Sonda qeyd edək ki, bu müharibədə Ermənistan, erməni muzdlular və "könüllülər" tərəfindən törədilən çoxsaylı cinayətlər, Azərbaycanın beynəlxalq və milli qanunvericiliyinin pozulması erməni tərəfi üçün ağrısız keçməyəcəkdir.

Azərbaycan torpaqlarında cinayətlər törətdikdən sonra ölkələrinə qayıdacaqlarını və ilk Qarabağ müharibəsindən sonra olduğu kimi dinc yaşamağa davam edəcəklərini gözləyən xarici vətəndaşlar arxayın olmamalıdırlar. Bu dəfə hər şey fərqli olacaq, cinayətlərə görə cavab verməli olacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər