4 Dekabr 2020 20:36
2 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Ermənistan faciəli dövrlərdən keçir. Erməni xalqının tarixinin ən dramatik səhifələrindən biri yazılır. Müharibədə sayı və texniki təchizatı baxımından xeyli dərəcədə üstün olan Azərbaycan qoşunlarına məğlub olduq”.

Teleqraf.com xəbər verir ki, bunu erməni iş adamı Samvel Karapetyan deyib.

Onun sözlərinə görə, Ermənistandakı mövcud hakimiyyətin ölkəni idarə etmək qabiliyyəti yoxdur:

“Hakimiyyət ən vacib vəzifələrindən birini - Ermənistan ordusu və xalqının təhlükəsizliyini təmin edə bilmədi. Onun apardığı daxili və xarici siyasət fəlakətə səbəb oldu. Rusiya Prezidenti Vladimir Putinin vasitəçi səyləri olmasaydı, bu fəlakətin miqyası qat-qat artacaqdı.

Hərbi əməliyyatlar dayandırıldıqdan sonra vətənimiz erkən həll tələb edən bir sıra ən çətin siyasi, iqtisadi və sosial problemlərlə üz-üzə qalıb. Buna görə də vaxt itirə bilmərik və özümüzü aldatmaqla məşğul olmaq hüququmuz yoxdur. Hamımız və hər şeydən əvvəl hazırkı hökumətin özü etiraf etməlidir ki, bir sıra səbəblərə görə Baş nazir Paşinyan günahkardır”.

Karapetyan qeyd edib ki, mövcud vəziyyətdən yalnız bir doğru çıxış yolu var - hakimiyyətin qansız bir şəkildə dəyişdirilməsi: “Baş nazir və hökumətin dərhal istefası, keçid nazirlər kabinetinin formalaşdırılması və Ermənistan vətəndaşlarının yeni hökumətini seçəcəyi erkən parlament seçkilərinin keçirilməsi bura daxildir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər