Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibi Entoni Blinkenə zəngi edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan ABŞ-ın Ermənistana verdiyi davamlı dəstəyi və ABŞ-ın ATƏT-in Minsk qrupundakı rolunu yüksək qiymətləndirib.
Tərəflər müharibədən sonra bölgədəki vəziyyətə toxunublar. ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində danışıqlar prosesinin davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Dövlət katibi Ermənistan-Azərbaycan münaqişəsinin həllində rolunu davam etdirməyə hazır olduğunu bildirib.
Blinken ABŞ-ın demokratiya sahəsində Ermənistana islahatlar aparmaqda kömək edəcəyini deyib.