25 Yanvar 2023 14:00
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikol Paşinyan öz istəyi ilə hakimiyyətdən uzaqlaşmasa, Çauşeskunun aqibəti ilə üzələşəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Milli Müqəddəratı Təyinetmə” partiyasının sədri Paruyr Ayrikyan deyib.

Siyasətçi Ermənistan baş nazirinin konstitusiya yolu ilə hakimiyyətdən uzaqlaşdırılmasının mümkün olmadığını bildirib.

Belə olan halda, Ayrikyan Ermənistanda hakimiyyət dəyişikliyinin Nikolay Çauşeskunun dövründə Rumıniyadakı kimi olacağını iddia edib:

“Tarixi təcrübə var. Siyasətçinin ədəb-ərkanı olmalı və vəzifədən getməlidir. Əgər elementar ədəb-ərkan yoxdursa, Çauşeskunun aqibətini yaşayacaq. Müharibədə uğursuz oldu, demokratiyada uğursuz oldu, hər yerdə uğursuz oldu. Biz heç nə edə bilməyən bir hökumətlə üz-üzəyik”.

Çauşesku 1989-cu ilin dekabrında Rumıniyada baş qaldırmış ümumxalq nümayişləri nəticəsində devrilib. Bir neçə gün davam edən etirazlar rumın diktatorun həyatı bahasına başa gəlib. Çauşesku iki saat davam edən məhkəmənin başa çatmasından dərhal sonra güllələnib.


Müəllif: Mənsur Rəğbətoğlu