27 Mart 11:36
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan bəzi sərhədyanı əraziləri Gürcüstana verməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.

“Ermənistan təkcə Azərbaycanı deyil, Gürcüstanı da delimitasiyaya hazırlaşır. Uzun müddətdir yüksək səviyyəli təmaslarda Paşinyanın müəyyən əraziləri Gürcüstana vermək istəyi ilə delimitasiya və demarkasiya işlərini sürətləndirdiyi barədə iddia dolaşır. Bu, xüsusilə, Lori vilayətinin Ermənistan-Gürcüstan sərhədində yerləşən Ciliz kəndi ilə bağlıdır”, - məlumatda deyilir.

Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə son görüşündə Nikol Paşinyan sərhədin delimitasiyası məsələsini gündəmə gətirib. Ermənistan baş naziri görüşdən sonra prosesin tezliklə praktiki icra mərhələsinə keçəcəyi mesajını verib.

Ermənistan və Gürcüstan 1992-ci ildən dövlət sərhədinin delimitasiya və demarkasiyası məsələsini müzakirə edir. 1996-cı ildən isə iki ölkə arasında sərhəd komissiyaları fəaliyyət göstərir, amma indiyədək passiv rejimdə işləyirdilər.


Müəllif: Mənsur Rəğbətoğlu