27 Mart 19:26
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan KTMT Parlament Assambleyasının “Crocus City Hall”da törədilən terror aktını pisləyən bəyanatına qoşulmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat katibi Nelli Qulyan məlumat verib.

“Ermənistan KTMT üzvlüyünü dondurub. KTMT Ermənistan tərəfinə təklif verdi, biz də onu rədd etdik”, - Qulyan deyib.

Xatırladaq ki, bundan əvvəl KTMT-yə üzv ölkələrin parlamentləri martın 22-də Rusiyanın Moskva vilayətində baş vermiş terror aktını pisləyən birgə bəyanat yayıb.


Müəllif: Mənsur Rəğbətoğlu