Bu gecə Şirvan şəhərində yanğın baş verib.
Yanğın Dövlət Neft Şirkətinə məxsus ümumi sahəsi 17 kv.m olan gözətçi otağında olub
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Dövlət Neft Şirkətinə məxsus binada olub.
Belə ki, sahəsi 17 kv.m olan gözətçi otağında 1 ədəd yataq dəsti yanıb. Yanğın saat 01:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.