8 Fevral 2017 11:11
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın təhsil sistemindən bəhrələnə bilərlər” - Ceyson Viver

"Azərbaycanda xidmət xərcləri və tələbə kreditlərinin faizi çox aşağıdır".

Bunu "Maarifçi" Tələbə Kredit Fonunun fəaliyyəti və Azərbaycanda tələbə kreditləri" mövzusunda tədbirdə çıxışı zamanı Dünya Bankının təhsil üzrə eksperti Ceyson Viver deyib.

O qeyd edib ki, Təhsil Nazirliyi və "Maarifçi" Tələbə Kredit Fondu tərəfində kredit sisteminin tətbiq edilməsi universitetlərə çıxışı gücləndirəcək: "Dünyanın bir çox yerlərində belə sistem qurulmayıb. Dünya ölkələri Azərbaycan təhsil sistemindən bəhrələnə bilər. Digər bir məsələ xidmət xərclərinin və kredit faizlərinin çox aşağı olmasıdır. Bu sistem borc götürən tələbələrin borc yükünü azladacaq".

Ekspert hesab edir ki, kredit alan tələbələr əmək bazarında yaxşı mütəxəssis olacaqlar.

İlhamə ƏBÜLFƏT


Müəllif: