Cocuq Mərcanlı kəndinə səfər bizim üçün çox maraqlı oldu. Burada yaşayan ailəni görəndə Azərbaycan xalqının öz torpağını necə sevməsinin şahidi olduq. Bu, vətənpərvərlik ruhudur və biz bunu hiss etdik.
Teleqraf.com xəbər verir ki, bu sözləri Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova Cocuq Mərcanlıda jurnalistlərə müsahibəsində deyib.
Səfir tezliklə bu kəndə daha çox insanın köçməsini və burada çoxlu məktəb, uşaq bağçası tikilməsini arzuladığını bildirib.