20 İyul 2017 14:11
540

Bu gün Levkoşada Barış Hərəkatının 43-cü ildönümünü qeyd edirlər.

Teleqraf.com xəbər verir ki, bu məqsədlə Levkoşada xüsusi mərasimlər düzənlənib.
Barış Hərəkatının ildönümü mərasimində Türkiyənin Baş naziri Binəli Yıldırım, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı, Xarici işlər naziri Çavuşoğlu və digər rəsmi şəxslər iştirak edir.

Mərasim Atatürkün abidəsinə gül çələngi qoymaqla başlayıb.

Məlumat üçün qeyd edək ki, Kipr adasında yunan tərəfi uzun illər burada yaşayan türkləri aşağılamaq, təzyiq etmək xətti seçib. Bu qarşıdurma, nəhayət, 1974-cü ildə vətəndaş müharibəsinə çevrilib. Həmin vaxt adanın türk icmasının lideri olan Rauf Denktaşın rəhbərliyi ilə bir dirəniş hərəkatı başlanıb. Yunanlar burada yüzlərlə türkü öldürüb, repressiyalara məruz qoyub. Həmin dövrdə Türkiyə hökumətinin başçısı, mərhum Bülənd Ecevit orduya Kipr adasına daxil olmaq və türkləri soyqrımdan qurtarmaq əmrini verib.

Bütün dünya buna qarşı çıxsa da, türk ordusu 1974-cü ilin 20 iyulunda Kipr adasına daxil olaraq burada yaşayan türkləri yunan soyqırımından qurtarıb.

Həmin dövrdə Kipr adasında yaşayan türklər Şimali Kipr Türk Cümhuriyyətini elan edib.
Hazırda bu dövləti Türkiyə istisna olmaqla heç bir ölkə tanımır.


Müəllif: Cavad