9 Mart 2018 09:46
2 930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə ABŞ arasında Suriya məsələsindəki fikir ayrılığını müzakirə etmək üçün konqresdə Ankara əleyhinə qapalı toplantı keçirilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, toplantıda Fətullahçı və PKK terror təşkilatları ilə bağlı fikir mübadiləsi aparılıb.

Türkiyənin Menbiçi PKK terror təşkilatından azad etmək istəyi və tələbi isə diqqətdə duran əsas məsələ olub.

Məlumata görə, toplantının sonunda Türkiyəni Suriyadan sıxışdırmaq üçün planlar hazırlanıb. Türkiyə vətəndaşlarına qarşı yeni viza böhranı da təklif edilib.


Müəllif: Samir

Oxşar xəbərlər