12 İyun 2018 17:57
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti İlham Əliyev Ukraynaya səfər edəcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə TANAP layihəsinin açılışında iştirak etmək üçün Türkiyədə - Əskişəhərdə səfərdə olan hər iki ölkə prezidentinin ikitərəfli görüşü ilə bağlı Ukrayna prezidentinin mətbuat xidmətinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, tərəflər səfər çərçivəsində keçiriləcək Ukrayna-Azərbaycan Prezidentlər Şurasının 6-cı iclasına hazırlığı müzakirə ediblər. Ölkə başçıları bütün səviyyələrdə Ukrayna-Azərbaycan dialoqunun aktivləşdiyini bildiriblər.

İqtisadi məsələlərə dair Ukrayna-Azərbaycan hökumətlərarası birgə komissiyasının Kiyevdə keçiriləcək iclasına hazırlıq kontekstində ticarət dövriyyəsi ilə bağlı ötən ilin yekunlarına aid rəqəmlərdə nəzərəçarpacaq artımın müşahidə edildiyi qeyd olunub. Prezidentlər hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəyişməz dəstəyi vurğulayıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər