12 İyul 2018 16:31
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

***

15:05

Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir.

Toplantıda NATO-ya üzv olan ölkələrin və Alyansın Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyasına töhfə verən ölkələrin dövlət və hökumət başçıları iştirak edir.

İclası NATO-nun baş katibi Yens Stoltenberq açıb.


Müəllif: Mənbə/Report