11 Sentyabr 2018 10:52
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəriman Nərimanov rayonunda qaz verilişi ilə bağlı heç bir problem yoxdur.

Bu sözləri Teleqraf.com-a “Azəriqaz” İstehsalat Birliyi mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalıyev deyib.

Qeyd edək ki, bu günlərdə sosial şəbəkələrdə Nəriman Nərimanov rayonu ərazisində qaz verilişində problem yarandığı bildirilib.

İbrahim Kəlbalıyev deyib ki, hər hansı ərazinin qaz təchizatında fasilələr olanda bu barədə əhali qabaqcadan xəbərdar olunur.

Mətbuat xidmətindən verilən məlumata görə, ölkənin Qərb regionu üzrə inzibati rayonların ərazilərində yerləşən qaz təchizatçılarının fasiləsiz və etibarlı şəkildə təbii qazla təmin edilməsi, həmçinin şəbəkənin qaz nəqletmə imkanının artırılması məqsədilə “Qaz İxrac” İdarəsinin balansında olan yeni çəkilmiş “Qazıməmməd-Qazax” magistral qaz xəttinin 182-210 km-lər arası hissəsinə birləşdirilməsi zəruriyyəti ilə əlaqədar, 11-15 sentyabr Bərdə, Tərtər, Ağdam, Füzuli, Beyləqan, Ağcabədi rayonlarının qaz təchizatı dayandırılacaq.

Yevlax rayonunun isə rayon mərkəzi daxil olmaqla bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər