ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), Endryu Şaffer (ABŞ), ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəliblər.
Teleqraf.com xəbər verir ki, ATƏT heyəti Xankəndində Qarabağ separatçılarının başçısı Bako Saakyanla görüşüblər.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi və qoşunların təmas xəttindəki son vəziyyət müzakirə edilib.
Həmsdərlər eyni zamanda, Qarabağ separatçılarının “müdafiə naziri” Levon Mnatsakanyanla görüşüblər.