29 Aprel 2014 11:18
1 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Azərbaycan üçün böyük problemlər yaradır. Azərbaycan qərb dövlətləri ilə demokratiya və insan haqlarının inkişafı, enerji, terrora qarşı mübarizə sahələrində yaxından əməkdaşlıq edir. Ölkədə daxili sabitlik tam təmin olunub, lakin bir şeyi bacarmırıq, bu da münaqişəni həll etməkdir. Çünki biz müharibənin sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq."

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

"Təəssüflər olsun ki, bu günə qədər nə ATƏT-in Minsk qrupu, nə də dünyanın aparıcı güc mərkəzəri, onlardan da ən mühümü olan Avropa İttifaqından ədalətli mövqe görə bilmirik. Avropa İttifaqı bizə təklif edirdi ki, assosasiya sazişi imzalayaq, orada isə bizim ərazi bütövlüyü məsələsi çxarılmışdır. Avropa İttifaqı 15 il ərzində sənədlərdə bizim ərazi bütövüyümüzü tanıyıb, lakin son illərdə bunu qəbul etmək istəmir, bunu biz necə başa düşə bilərik. Belə məsələlər bizi çox düşündürür. Mən firikləşirəm ki, bu gün bizə ən çox lazım olan ölkə daxilində təsisatların qurulması ilə bərabər beynəlxalq aləmdə ədalətli prinsiplərin sözdə bəyan edilməsi yox, tətbiq olunması lazımdır. Necə oldu ki, Ukrayna böhranı ilə bağlı mart ayında dünyanın iki böyük dövlətinin rəhbərləri hərəsi 1 saat çıxış etdi, onlardan biri Barak Obama idi. 1 saat ərzində beynəlxalq hüquq, onun qorunması, pozulması məsələsini dəfələrlə qeyd etdi. Amma Azərbaycanla bağlı münaqişə ilə bağlı qərb və Avropa dövlətinin nümayəndəsi “bu məsələ beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır” ifadəsini işlətmir. Nə üçün belə ikili yanaşma olmalıdır? Biz bir gənc dövlət kimi, ilk gündən Avropa istiqamətində seçimimizi müəyyənləşdirdiyimiz üçün düşünürük və bəzən tərəddüd keçiririk. Axı biz yolumuzu düzmü seçmişik? Nə üçün bizə layiq olduğumuz, hüququmuz olduğu ədalətli dəstək yoxdu. Bu məsələlər bizi çox düşündürür. 20 ildir ki, həmsədrlər gəlib gedir, heç bir şey əldə olunmur. Ona görə ki, Avropa və Qərb tərəfindən konkret mövqe ortaya qoyulmur. Düşünürəm ki, gələcəkdə bu olacaq."

Nərgiz


Müəllif:

Oxşar xəbərlər