15 Mart 2019 00:58
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda səfərdə olan Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin ona ünvanlanan "Bakıda “Gürcüstan və Azərbaycan ərazilərinin işğalı” dedikdə nəyi nəzərdə tuturdunuz" sualına cavabı erməniləri məyus edib.

Teleqraf.com xəbər verir ki, “Kommersant” qəzetinin yazdığına görə, Salome Zurabişvilinin İrəvanda Ermənistan prezidenti Armen Sarkisyan və baş nazir Nikol Paşinyanla görüşündə onun Bakıda səsləndirdiyi bəyanatla bağlı erməni tərəfi narahatlıqlarını ifadə ediblər.

Gürcüstan prezidenti nəinki dediklərini təkzib edib və ya sualları cavabsız qoyub, hətta Ermənistana qarşı yeni ittihamlar irəli sürüb.

Salome Zurabişvili qeyd edib: "Ermənistan tərəfindən Gürcüstanın ərazi bütövlüyünün sözdə deyil, əməldə tanınması çox vacibdir. Dağlıq Qarabağın nümayəndə heyətlərinin Abxaziyaya və Cənubi Osetiyaya səfərlərinin təşkilatçıları nümayiş etdirirlər ki, bu münaqişələr simmetrikdir. Bu, çox təəssüf doğurur və ağrılıdır. Biz hesab edirik ki, burada (Ermənistanda – “Kommersant”) ölkəmizə münasibətdə olmalı olduğu qədər xoş niyyət yoxdur”.

Qeyd edək ki, fevralın 27-də Bakıya səfər edən xanım Zurabişvili Azərbaycan və Gürcüstan ərazilərinin işğalı mövzusuna toxunub.

“Biz, demək olar ki, eyni vaxtda ölkələrimizin müstəqilliyini bərpa etdik və eyni faciələri yaşadıq. İşğal xətləri bizim üçün də sağalmaz yaradır”, deyə Zurabişvili Bakıda bildirib.


Müəllif: Teleqraf.com