3 Aprel 2019 20:50
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə XİN başçısı Dağlıq Qarabağ münaqişəsini NATO üçün təhlükə adlandırıb

"Biz sülh və barışıq şəraitində yaşamırıq. Dörd tərəfimizdə müharibələr gedir və biz NATO-nun ən öndəki cəbhə xəttindəyik".

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşündə çıxış edərkən deyib.

Nazir NATO-nun üzləşdiyi təhlükələr sırasında Dağlıq Qarabağ münaqişəsini də qeyd edib: "Türkiyəyə baxdıqda, bölgəmizdə qeyri-qanuni miqrasiyadan terrora qədər, Qarabağ, Gürcüstan, Krım, Kipr məsələləri kimi bir sıra problemlər mövcuddur".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər