20 Avqust 2019 18:53
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Fransa prezidentləri Vladimir Putin ilə Emmanuel Makron Rusiya liderinin Parisə səfəri zamanı Dağlıq Qarabağ nizamlanmasını müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Fort Breqansonda Rusiya və Fransa prezidentlərinin görüşündə bir çox məsələlər müzakirə olundu. Əsas mövzular isə "Normand formatı"nda sammitin perspektivləri, Suriyadakı vəziyyət, regional münaqişələr - Balkanlar, Dağlıq Qarabağ, eləcə də Arktikanın iqlimi və ondan istifadə edilməsi oldu", - deyə o, jurnalistlərə bildirib.


Müəllif: Teleqraf.com