Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Robert O'Brien Skandinaviya sülhməramlılarının Dağlıq Qarabağ münaqişəsi zonasında yerləşdirilməsini təklif edir.
Teleqraf.com xəbər verir ki, Kaliforniyadakı erməni icmasının üzvləri ilə görüşü zamanı Robert O'Brien münaqişə bölgəsindəki hər hansı silahlı sülhməramlı qüvvədə Minsk Qrupu həmsədr ölkələrinin, eləcə də qonşu ölkələrin nümayəndələrinin təmsil olmasının mümkünsüzlüyünü bildirib.
"Burada Türkiyənin vasitəçiliyi və ya sülhməramlı qismində iştirakı həm ABŞ, həm də Ermənistan üçün qəbuledilməzdir. Hər iki ölkənin Skandinaviya sülhməramlıları ideyasını qəbul etməli olduğuna inanırıq. Atəşkəs rejimini qorumaq üçün bölgəyə Skandinaviya ölkələrindən sülhməramlı qüvvələrin yerləşdirilməsinə çalışırıq", deyə məsləhətçi qeyd edib.