28 Yanvar 14:49
308

Qarabağla bağlı üçtərəfli işçi qrupunun yanvarın 30-da keçiriləcək iclasında bölgədə nəqliyyat infrastrukturunun bərpası məsələsi müzakirə olunacaq.

Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Rusiya rəsmisi bu görüşlərin məhz baş nazir müavinləri səviyyəsində bundan sonra da keçirilib-keçirilməyəcəyinə dair konkret söz söyləməyib.

Xatırladaq ki, bu il yanvarın 11-də Azərbaycan, Ermənistan və Rusiya liderləri İlham Əliyev, Nikol Paşinyan, Vladimir Putin arasındakı görüş zamanı üçtərəfli danışıqlar formatı yaratmaqla bağlı razılıq əldə olunmuşdu.


Müəllif: Teleqraf.com