12 May 2021 15:21
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xan qızı Natəvan” bulağını bərpa etmişik. Keçən dəfə yanvar ayında Şuşada olarkən demişdim ki, Natəvan bulağını bərpa edəcəyik. Yenə də bulaq Şuşa sakinlərinin, qonaqların sərəncamına veriləcəkdir".

Teleqraf.com xəbər verir ki, bunu mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada “Xan qızı” bulağında olarkən deyib.

"Mənfur düşmən bu bulağı qurutmuşdu, bütün bulaqları qurutmuşdu. Bu da onu göstərir ki, Şuşa həmişə ermənilər üçün yad şəhər olub. İndi isə Şuşa dirçəlir və Şuşanın rəmzlərindən biri olan “Xan qızı” bulağı bərpa edilib. Bu gün bu bulaqdan su içmişəm", - Prezident bildirib.


Müəllif: Teleqraf.com