30 Noyabr 2021 18:55
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Azərbaycandakı səfiri Corc Dik Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə özünün tviter hesabında yazıb.

“Xızıda baş vermiş faciəvi helikopter qəzası xəbəri bizi dərindən kədərləndirdi. Dualarımız həlak olanların ailələri ilədir. Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”.


Müəllif: Teleqraf.com