Mətbuatda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyatı nəticəsində saxlanıldığı bildirilən nazirin birinci müavini Elnur Əliyevin bu gün iş başında olduğu qeyd edilib.
Mədəniyyət Nazirliyinin mətbuat katibi Nuridə Allahyarova Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
“Ümumiyyətlə, hüquq mühafizə orqanının dövlət qurumunda qanunvercilik və səlahiyyətləri çərçivəsində hər hansı əməliyyat aparmaq ixtiyarı var. Amma ehtimal edilən məsələ ilə bağlı rəsmi məlumat verilmədiyi üçün Elnur Əliyev niyə iş başında olmasın? Fəaliyyətini davam etdirən hər kəs Mədəniyyət Nazirliyində iş başındadır”.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) noyabrın 1-də Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib. Mətbuatda əməliyyat nəticəsində bir neçə yüksək vəzifəli məmurun, o cümlədən, nazirin birinci müavini Elnur Əliyevin də saxlanıldığı bildirilirdi.