25 Noyabr 2022 12:16
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş baş prokuroru Artur Davtyan Xankəndidəki separatçı rejimdə “vəzifə” tutmaq istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazır.

Nəşr Davtyanın postundan uzaqlaşdırıldıqdan sonra hələ də işsiz olduğunu bildirib. Məlumata görə, sabiq baş prokuror separatçılarla görüşü zamanı qondarma rejimdə “vəzifə” tutmağa hazır olduğunu bildirib.

Nəşr onu da qeyd edir ki, hələlik Davtyanın “potensial”ından harada istifadə etməyin mümkün olacağına qərar verilməyib.

Qəzet bundan əvvəl separatçıların Ermənistanın keçmiş xarici işlər nazirləri Vardan Oskanyan və Ara Ayvazyana “vəzifə” təklif etdiklərini yazmışdı.

Nəşrin iddiasına görə, qondarma qurumdakı dəyişiklik prosesinə separatçıların başçılarından biri Ruben Vardanyan nəzarət edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər