5 İyun 2023 16:28
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində münasibətlərin qurulması və sülh müqaviləsi üzrə danışıqları davam etdirəcək.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.

Onun sözlərinə görə, müzakirələrin növbəti raundunun ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilməsi planlaşdırılır.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında müzakirələr iyunun 12-də başlayacaq.

“Əlavə təfərrüatları açıqlayacağıq”, - XİN-in sözçüsü bildirib.

Nazirlər ABŞ-ın paytaxtında bundan əvvəl mayın əvvəlində görüşmüşdülər. Müzakirələr dörd gün çəkmişdi. Budəfəki müzakirələrin də bir neçə gün çəkəcəyi ehtimal olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər