Keçmiş separatçı rejim sonuncu başçısı Samvel Şahramanyan Ermənistan Korrupsiyaya qarşı Mübarizə Komitəsinə dindirilmə üçün çağırılıb.
Teleqraf.com xəbər verir ki, dindirilmə yaxın günlərdə baş tutacaq.
Şahramanyanın vəkili Aşot Danielyanın sözlərinə görə, məsələ Ermənistan dövləti tərəfindən “keçmiş rejim”ə verilmiş avtomobillər və pulların mənsimsənilməsi ilə bağlı ola bilər.
Samvel Şahramanyan bunlarla bağlı komitəyə hesabat təqdim edib.
Aşotyan onun ikinci dəfədir dindirilməyə çağırıldığını söyləyib.