18 Mart 12:38
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinə gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Məsələnin Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyası ilə əlaqədar olması barədə erməni mətbuatında iddia yayılıb.

Paşinyanın sözçüsü Nazeli Baqdasaryan “MediaHub”un məsələ ilə bağlı sualına cavabında deyib ki, hazırda deyiləcək heç nə yoxdur.

Ermənistan Baş naziri bir neçə gün əvvəl əvvəl Tavuşa gedəcəyini, delimitasiya və demarkasiyanın buradan başlayacağını açıqlayıb.

Tavuş istiqamətində həm də Ermənistanın Azərbaycana qaytaracağı ərazilər yerləşir. Söhbət Qazax rayonunun 7 kəndindən gedir.


Müəllif: Mənsur Rəğbətoğlu