19 Mart 11:21
2 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan sovet dövründən qalma sərhəd kəndləri-eksklavlar məsələsində Bakı ilə güzəştə getməsə, o zaman müharibənin sonunda müharibə başlaya bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"İndi biz buradan gedə bilərik, gedək Azərbaycana deyək ki, yox, biz heç nə etməyəcəyik. Bu o deməkdir ki, həftənin sonunda müharibə başlayacaq. Mən bu müharibənin sonunda nə baş verəcəyini bilirəm. Yerli sakinlər hərbi əməliyyatlar təhlükəsi barədə məlumatımın olduğu halda niyə onlara əvvəlcədən xəbərdar etmədiyimi soruşacaqlar", - baş nazir bildirib.


Müəllif: Əsəd Məmmədəliyev