26 Aprel 13:38
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin TV 8 kanalı və "Hall Siti"nin sahibi Acun Ilıcalının yeni futbol klubu alacağı bildirilib.

Teleqraf.com xəbər verir ki, Acun Ilıcalı bu sözləri deyib: “Avrokuboklarda iştirak edə biləcək bir komandaya sahib olmaq istəyirik. Bu, əlbəttə, asan deyil, lakin Sloveniyada güclü komandamız olsa, Avropada yarışa bilərik. Bu, böyük bir üstünlük olar. Biz bütün diqqətimizi Sloveniyaya yönəltmişik, amma mən heç nəyə zəmanət verə bilmərəm".

Acun Ilıcalının Sloveniyanın "NK Maribor" futbol klubunu satın alacağı vurğulanıb.






Müəllif: Rəqsanə Həsənova