19 Mart 12:50
1 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 25-də Belçika Senatında Azərbaycana qarşı “Cənubi Qafqazda geosiyasi proseslər” adlı təxribatçı müzakirə aparılacaq.

Teleqraf.com xəbər verir ki, müzakirə “Dağlıq Qarabağ və Ermənistan” adlanan cəfəngiyyat ətrafında gedəcək.

“Dəyirmi masa”nın əsas məruzəçiləri Belçika parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Els Van Haf, Klinqendal İnstitutunun həmtəsisçisi Pol Merts, diplomat Olivye Veber və Qarabağ separatçılarının “hüquq müdafiəçisi” Qeqam Stepanyan olacaq.

Məruzəçilər regionda baş verən proseslərə “beynəlxalq insan haqları” nöqteyi-nəzərindən toxunacaq, beynəlxalq ictimaiyyətin reaksiyası və Avropa Birliyinin (AB) rolunu təhlil edəcəklər.

Müzakirə iştirakçıları həmçinin “erməni separatçılarının hüquqlarını qorumaq üçün atılmalı olan zəruri addımlar” barədə danışacaqlar.


Müəllif: Mənsur Rəğbətoğlu