26 Mart 14:10
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə qapalı iclasda deyib.

"Hraparak"ın yazdığına görə, Paşinyanın Milli Assambleyada "Mülki müqavilə" fraksiyasının deputatları ilə keçirilən qapalı iclasda bütün hökumət üzvləri, hətta Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan da iştirak edib.

Nikol Paşinyan bildirib ki, qısa müddət ərzində dörd kəndin Azərbaycana qaytarılması baş verməlidir.

Məlumata görə, görüş iki saata yaxın davam edib və gərgin atmosferdə keçib.


Müəllif: Teleqraf.com