29 Mart 01:35
1 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan-Azərbaycan-Türkiyə oxuna qarşı Hindistan-Yunanıstan-Ermənistan oxu yaradılır.

Teleqraf.com xəbər verir ki, bunu hindistanlı politoloq Maxeş Rəncab Debata deyib.

Politoloq hesab edir ki, Hindistan-Yunanıstan-Ermənistan formatı Rusiyanın xoşuna gəlməyəcək.

Onun sözlərinə görə, İkinci Qarabağ Müharibəsi və Kəşmir məsələsində Türkiyə ilə Pakistanın yaxınlaşmasından sonra Ermənistan və Hindistan arasında silah tədarükü müqaviləsi imzalanıb.

Ekspert əlavə edib ki, Dehli və İrəvan “qarşılıqlı faydalı əməkdaşlıq” qurub.

“Hindistan silah ixracı bazarını genişləndirir, Ermənistan isə müdafiə avadanlıqları alır”, - Debata bildirib.

Hindistanlı politoloq İrəvan və Dehlinin həmlələrinə cavab olaraq, Azərbaycanın Pakistandan qırıcı təyyarələr alacağını vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu