Ermənistan Baş naziri Nikol Paşinyan Almaniya Kansleri Olaf Şolzla telefon danışığı aparıb.
Teleqraf.com xəbər verir ki, Ermənistan-Almaniya əməkdaşlığı, Avropa Birliyi ilə əlaqələrin gələcək inkişafı ilə bağlı məsələlər müzakirə edilib.
Ermənistan-Azərbaycan sülh prosesinə istinad olunub.
Paşinyan bildirib ki, Ermənistan Praqa, Brüssel və Qranadada “razılaşdırılmış prinsiplər” əsasında həll yollarına getməyə hazırdır.