7 May 16:29
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq baş nazir, professor Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsindən azad edilib.

Teleqraf.com-a Report-a istinadla xəbər verir ki, N.Məmmədov ötən ay işdən azad olunmaq üçün öz ərizəsi ilə universitetin rektoru Kamal Abdullaya müraciət edib.

ADU-nun mətbuat katibi Cavid Zeynallı faktı açıqlamasında təsdiqləyib. O bildirib ki, hələ sözügedən vəzifəyə yeni təyinat olmayıb.

Qeyd edək ki, N.Məmmədov uzun illər Azərbaycan Prezidentinin Administrasiyasında şöbə müdiri vəzifəsində çalışıb. O, Azərbaycanın 10-cu Baş naziri olub.


Müəllif: Teleqraf.com