ABŞ və Almaniyanın Cənubi Qafqazda artan fəallığı Fransanı Azərbaycanla bağlı geri addım atmağa məcbur etdi.
Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.
“Fransa səfiri Ann Buayon Azərbaycana qayıdıb və diplomatik fəaliyyətini davam etdirir. Xatırladım ki, Fransanın Azərbaycandakı səfiri Bakı ilə Paris arasında münasibətlərin gərginləşməsi fonunda məsləhətləşmələr üçün geri çağırılmışdı. Fransa Xarici İşlər Nazirliyi açıqlamasında xanım diplomatın Prezident Emmanuel Makron tərəfindən qəbul edildiyini açıqlamışdı.
Nə dəyişdi? İkitərəfli münasibətlərdə heç nə yoxdur. Sadəcə, Berlin və Vaşinqtonun diplomatik fəaliyyətlərini gördükdən sonra Parisdə fikirləşdilər ki, Fransa formalaşmaqda olan yeni geosiyasi düzəndə haradadır? Ən dibdəki yerlərini gördülərini gördülər və oradan çıxmağın uzun və ağrılı olacağını anladılar. Buna görə də hər ehtimala qarşı səfir geri qaytarıldı”, - ekspert bildirib.