30 Aprel 18:06
2 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hətta sülh müqaviləsinin imzalanması da hər şeyin yaxşı olacağına zəmanət verməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Artur Ovannisyan deyib.

“Elə bir qurum yoxdur ki, çıxıb sülh sazişindən sonra hər şeyin yüz faiz yaxşı olacağını bildirsin. Risklərin olduğunu hər zaman söyləmişik”, - deputat qeyd edib.

Ovannisyanın sözlərinə görə, indi demarkasiya edilmiş sərhədə malik olmaq eskalasiya riskini ciddi şəkildə azaldır.

Deputat mümkün qədər eskalasiya risklərini azaltmağa çalışdıqlarını iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər