8 May 00:08
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin əhalinin mühafizəsini, hər bir insanın potensialının inkişafını, ekoloji rifahı və texnoloji liderliyi 2030-cu ilə qədər milli hədəflərə daxil edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin saytında bildirilir.

Milli məqsədlərə həmçinin insanların rifahının yüksəldilməsi, ailələrin dəstəklənməsi, vətənpərvər və sosial məsuliyyətli şəxsiyyət tərbiyəsinin inkişafı da daxildir.

Putin həmçinin internetdə cinayətlərlə mübarizə sisteminin yaradılması və onların vurduğu zərərin azaldılması barədə göstəriş verib.


Müəllif: Pərvin Cəfərova