6 Mart 2015 19:04
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıdan 25 nəfərlik qrup Çanaqqala zəfərinin 100 illiyinə həsr edilən tədbirlərdə iştirak etmək üçün Türkiyəyə yollanacaq.


Publika.az xəbər verir ki, bunu Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin rəhbəri Ali Cura Çanaqqala zəfərinin 100 illiyinə həsr ediləcək silsilə tədbirlərin Bakıda başlayan ilk tədbirində bildirib.

O deyib ki, Bakıdan 25 nəfərlik qrup 12-22 mart tarixlərində Türkiyəyə göndəriləcək və orada Çanaqqala zəfərinin 100 illiyinə həsr edilən tədbirlərdə iştirak edəcək, müxtəlif tarixi şəhərlərdə olaraq məlumatlar əldə edəcək. A.Cura bildirib ki, Bakıdan Türkiyəyə gedəcək qrup 18 martda İstanbulda keçiriləcək böyük tədbirdə də iştirak edəcək. Mərkəz rəhbərinin sözlərinə görə, daha sonra səfər haqqında iştirakçıların düşüncələrinin də yer aldığı kitab çap ediləcək.


Müəllif: