İran və "altılıq" ölkələri arasında sazişin imzalanması hər iki tərəfin qələbəsi hesab edilir. Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bu gün keçirilən mətbuat konfransında deyib.
Səfir bildirib ki, tərəflər arasında İran atomu ilə bağlı çoxillik problemin nizamlanması haqqında sazişin imzalanması İran, "altılıq ölkələri" və bütün regionun qələbəsidir: "Bu, hamı üçün böyük və çox vacib hadisədir".