Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə avqust ayı ərzində regionlarda könüllü qanvermə aksiyaları keçirilir.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, bu günə qədər aksiyalar Şabran, İmişli, Sabirabad, Şirvan və Ucar rayonlarında keçirilib.
Məlumatda deyilir ki, aksiyalarda ümumilikdə 360 nəfər iştirak edib: “Şabran rayonunda keçirilmiş aksiyada 46 nəfər, İmişlidə 58 nəfər, Sabirabadda 133 nəfər, Şirvanda 83 nəfər, Ucarda 40 nəfər qan verib”.
Qeyd olunub ki, bu gün qanvermə aksiyası Astara şəhərində keçirilir: “Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq”.
Naibə QURBANOVA