Dünyada dəhşətli qlobal hadisələrin baş verəcəyi gözlənilir.
Bu sözləri Axar.az-a astroloq Firudin Qurbansoy 2016-cı il üçün proqnozlarını açıqlayarkən deyib.Onun sözlərinə görə, 2016-cı ildə dünyanı qlobal fəlakətlər gözləyir:
“2016-ci ildə dünyada dəhşətli qlobal hadisələrin baş verəcəyi gözlənilir. O hadisələr heç gözlənilmədən baş verəcək. Bu, insan ağlına gələn bir şey deyil. 2015-ci ildə məntiqi şəkildə nə düşünürdüksə, onun əksini görəbilirdik. 2016-cı ildə isə nə qədər fikirləşsək də, düzübqoşsaq da, nəticəni gözlədiyimiz kimi ala bilməyəciyik. Çünki elə qanunlar işləyəcək ki, normal təfəkkür onu dərk edəbilməyəcək”.
Astroloq geridə qoyduğumuz ili şərh edərkən baş verən hadisələrin o qədər də faciəli olmadığını deyib:
“2015-ci ildə Azərbaycanda təbii fəlakətlər, qəzalar baş versə də, bunları ümumilikdə hər hansı bir coğrafi ərazi üçün və ya xalq üçün faciə hesab etmək olmaz. Sadəcə, biz hazır olmalıyıq ki, belə fəlakətlər baş verməsin. Həm texniki nasazlığa qarşı düşüncəli olmalıyıq, həm də siyasi hadisələrin gedişatına diqqət etməliyik. Nəzərə almaq lazımdır ki, Azərbaycan böyük dövlət deyil. Qlobal dövlətlərin maraqlarının kəsişdiyi regionda yerləşirik”.
Firudin Qurbansoy 2016-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı bir dəyişikliyin olmayacağını əlavə edib.