4 Mart 2016 17:18
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanun layihəsi parlamentin plenar iclasında müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov islahatların həyata keçirilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsinin əsas istiqamətlərdən biri olduğunu xatırladıb. Deputat qeyd edib ki, dünyada bu model 1979-cu ildən həyata keçirilir və orada müxtəlif yanaşmalar var: ““Bu qanunun mahiyyəti və özəlliyi ondan ibarətdir ki, layihə özəl şirkətlər, ictimai şirkətlər və dövlət qurumlarının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu baxımdan çox istərdim ki, bununla bağlı işçi qrupu yaransın. Qanuna yalnız maddələr yazmaqla onun işləməsində problemlə üzləşə bilərik. Bu işdə maraqlı müvafiq qurumlar mütləq şəkildə İşçi Qrupunda olmalıdır ki, gələcəkdə müəyyən məsələlər və problemlərlə üzləşməyək”.

Komitə sədri qanun layihəsində dövlət ehtiyacı üçün gerialınma məsələsinə diqqət çəkib: “Hansı sahibkar 40-50 illik bir investisiya qoyacaq ki, sabah müvafiq icra qurumlarının qərarında oranın dövlət ehtiyacı olan yer olduğu bildirilək. Burada bir az sahibklara inam şəraiti yaratmaq lazımdır ki, 50 illik investisiya qoyulsun. Qanunda müəyyən güzəştlər göstərilib, lakin inam da əhəmiyyətlidir. Eyni zamanda qanunun tətbiq dairələri sadalanır”.

Komitə sədri qeyd edib ki, son zamanlar səsləndirilən Gənclər şəhərciyi, ekonom evlər, sosial mənzillər Azərbaycan üçün çox vacibdir: “Kifayət qədər evə ehtiyacı olan insanlar var. Yaxşı olardı ki, burada bu yanaşma da olsun. Biz bir neçə il bundan öncə Gənclər şəhərciyi ilə bağlı məsələni müzakirə edəndə praktiki olaraq buna investorlar tapa bilmirdik. Yəni, özəl sektordan Gənclər şəhərciyi tikilməsi ilə bağlı maraq yox idi. Bu qanun isə imkan yaradacaq. Dövlət tərəfindən müəyyən güzəştlər, həm torpağın ayrılması, müvafiq strukturlardan icazənin alınmalı və sair qanunda qeyd olunmalıdır ki, investor binanı tikməyə maraqlı olsun. Əgər qanun layihəsi cəlbedici olmazsa heç vaxt sahibkar bir qəpik də pul qoymayacaq. Ona görə təlklif edirəm ki, qanunla bağlı işçi qrupu yaradılsın. Biz də detalla bu məsləyə yanaşaq”.

Nemət


Müəllif:

Oxşar xəbərlər