4 Aprel 2016 22:59
6 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Silahlı Qüvvələrinin düşmənin komanda-qərərgah məntəqəsinə zərbələr edirməsi barədə məlumatlar və təsdiqedici faktlar ortaya qoyulduqdan sonra erməni sosial şəbəkələrində ilginc xəbərlər yayılmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi əldə edib.

Bu gün Azərbaycan ordusu tərəfindən Ermənistanın komanda-qərərgah məntəqəsinin vurulmasına şərh yazan erməni istifadəçilər bildirirlər ki, idarəetmə məntəqəsinin vurulduğu an orada yüksək çinli zabitlərlə yanaşı, separatçıların “müdafiə naziri” Levon Mnatsakanyan və general Seyran Saroyan olub. Bununla yanaşı, şərhlərdə qeyd olunan şəxslərin ağır yaralandığı, amma ölmədiyi bildirilir.

Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib. Düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.


Müəllif: