Xalq artisti Aygün Kazımova növbəti konsertinə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, ən yeni və sevilən mahnıları ilə səhnədə yeni şoular göstərməyə hazırlaşan müğənni iyunun 18-də Nabranda "El Faro İstirahət Mərkəzi"ndə çıxış edəcək. Saat 21:00-da başlayacaq konsertin hazırlıq işlərinə artıq start verilib. Xalq artistini səhnədə 10 peşəkar rəqqas müşayiət edəcək. Yayın ən möhtəşəm gecəsində səhərə qədər Dj Roşka sizlərlə birlikdə olacaq.
Qeyd edək ki, konsertə biletin qiyməti 55 AZN, yemək servisi ilə birlikdə isə 105 AZN-dir.
Rəqsanə