24 İyun 2016 17:01
1 455
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İlahi ədalət deyirəm. Başqa heç nə demirəm. Demək də istəmirəm. Mən nəticənin belə olacağını İqbal Ağazadəyə deyib istefa verdim”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri bir müddət əvvəl Ümid Partiyasının sədr müavini postundan istefa verən Həcər Abbaslı Ağdaş seçki dairəsində keçirilən təkrar seçkilərdə İqbal Ağazadənin məğlub olmasını şərh edərkən deyib.

Həcər Abbaslı qeyd edib ki, elə o zaman məhz təkrar seçkilər səbəbindən Ümid Partiyasından getməsi doğru qərar imiş: “Mövqeyimi ifadə etdim və bu partiyanı tərk etdim. Bəli, çox düzgün qərar vermişəm. Əslində uzun danışmağa da ehtiyac yoxdur. Danışmaq gümüşdürsə, susmaq qızıldır”.

Həcər Abbaslı sonda bildirib ki, daha heç bir siyasi partiyada təmsil olunmaq niyyətində deyil: “Hazırda xaricdə ikinci ali təhsil almağa hazırlaşıram”.

Cavad


Müəllif:

Oxşar xəbərlər